Dünyada ən çox satılan elektrikli avtomobil markası bəlli oldu

10:40 12.01.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Elektrikli avtomobil bazarında tarazlıq dəyişib.

Hafta.az yazır ki, Çin istehsalçısı BYD, son illər sürətlə artan satış rəqəmləri sayəsində Tesla-nı geridə qoyaraq dünyanın ən çox satılan elektrikli avtomobil brendi olub.

İllər üzrə markalar arasında bazar rəqabətinə nəzər salaq:

2021-ci ildə Tesla 0,9 milyon, BYD 0,2 milyon, 2022-ci ildə Tesla 1,3 milyon, BYD 0,8 milyon, 2023-cü ildə Tesla 1,9 milyon, BYD 1,6 milyon, 2024-cü ildə Tesla 1,9 milyon, BYD 1,85 milyon, 2025-ci ildə Tesla 1,7 milyon, BYD 2,5 milyon ədəd.