Dünyada Putinin siyasətinə qarşı çıxanların sayı artır

09:15 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da yerləşən analitik və konsaltinq şirkəti Gallup bu qənaətə gəlib ki, Rusiya prezidenti Vladimir Putinin siyasətini dünyada bəyənənlərin nisbəti tarixi minimuma enib.

Hafta.az-ın yazdığına görə, 137 ölkədə şirkətin sorğusuna qatılanların 57 faizi Putinin siyasətini bəyənmədiyini bildirib. Əvvəlki ilin anketində bu nəticə yüzdə 38 olaraq əksini tapmışdı. Putini dəstəklədiyini deyənlərin nisbəti 33 faizdən 21 faizə düşüb. Bu göstərici 2007-ci ildən bəri ən aşağı səviyyədir.

İş oreə çatıb ki, əhalisinin bir qismi ruslar olan Qazaxıstanda belə Rusiya administrasiyasının siyasətini bəyənməyənlərin nisbəti 20 faizdən 50 faizə yüksəlib, tərəfini tutanların nisbəti isə 55 faizdən 29 faizə enib.

Siyasət rubrikasından digər xəbərlər