Dünyanın ən kirli adamı - 65 ildir çimmir

12:30 15.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Fəraşbənd bölgəsindəki bir kənddə yaşayan 85 yaşlı Amoi Haci olduqca çirkli görünüşü ilə dünyanı heyrətləndirməkdədir.

Hafta.az-ın yazdığına görə, Amoi Haci hesab edir ki, çimsə xəstələnəcək və öləcək. Bu səbəbdən də 65 ildir bədəninə su vurmur.

Amoinin yemək-içmə vərdişləri də heyrətamizdir. Onun ən çox sevdiyi yemək ölmüş kirpinin artıq çürüməyə başlamış ətidir. Onun ümumiyyətlə, ev yeməklərindən acığı gedir, göy-göyərtini isə yaxına buraxmır.

Amoinin 65 ildir çimməməsi bir yana, bu dövrdə adam saç-saqqalını da qırxmayıb. Amma siqaret çəkməkdən zövq alır. Ona siqareti kənd adamları verir. Amma siqareti qurtaranda bilirsiniz nə edir - tütün yerinə qurumuş heyvan peyinini tüstülədir. Dediyinə görə, heyvan peyinin ləzzəti tütününkündən heç də geri qalmır...