Dünyanın ən yaşlı prezidenti - Yenidən seçilmək istəyir

15:41 14.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kamerun Prezidenti Pol Biya 92 yaşında yeni prezidentlik müddətinə  namizəd olmaq fikrindədir.

Hafta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb:

“2025-ci il oktyabrın 12-də prezidentliyə namizədliyimi irəli sürürəm. Biz birlikdə istənilən maneələri dəf edə bilərik”.

Xatırladaq ki, 1982-ci ildən hakimiyyətdə olan Biya dünyanın ən yaşlı dövlət başçısıdır. O, təkrar prezident seçilərsə, 100 yaşına qədər vəzifəsini icra edə bilər.