Yola salmaqda olduğumuz 2023-cü ildə dünya şəhərləri arasında ictimai nəqliyyatın fəaliyyətində ən yaxşı uğurlar qazanmış şəhərlərin siyahısı açıqlanıb.
Hafta.az-ın TimeAut-a istinadən yazdığına görə, siyahıda ilk yeri Almaniyanın paytaxtı Berlin tutub. İkinci pillədə Çexiyanın paytaxtı Praqa, üçüncü yerdə isə Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.
Siyahıda ilk beşliyi ardıcıl olaraq Danimarkanın paytaxtı Kopenhagen və İsveçin paytaxtı Stokholm şəhərləri doldurub.
Bundan başqa, siyahıda Sinqapur şəhəri altıncı, Çinin muxtar bölgəsinin mərkəzi şəhəri Honq Konq yeddinci, Tayvanın siyasi mərkəzi Taypey səkkizinci, Çinin ən böyük meqapolisi olan Şanxay doqquzuncu yeri tutub.
İctimai nəqliyyatın ən yaxşı təşkil olunduğu şəhərlərin siyahısında ilk onluğu Niderlandın paytaxtı Amsterdam tamamlayıb.