Dünya universitetlərinin akademik uğurlarını sıralayan “Shanghai Ranking” bu ilin ən yaxşı 1000 universitetini açıqlayıb. İlk 500-lükdə Türkiyədən yalnız İstanbul Universiteti olduğu halda, Rusiyadan iki universitet (Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti) var.
Hafta.az yazır ki, “Shhanghai Ranking Consultancy” tərəfindən hazırlanan siyahıya görə, dünyanın ilk üç universiteti müvafiq olaraq ABŞ-dan Harvard Universiteti, Stanford Universiteti və Massaçusets Texnologiya İnstitutu olub.
Harvard Universiteti 21-ci dəfə reytinq siyahısına başçılıq etməyi bacarıb, ilk 10-luqdakı digər universitetlər isə Kembric (4-cü), Berkli (5-ci), Prinston (6-cı), Oksford (7-ci), Kolumbiya (8-ci), Kaltek (9-cu) və Çikaqo (10-cu).
Paris-Saclay Universiteti (15-ci) Kontinental Avropanın ən yaxşı universiteti olmaq üçün bir pillə irəliləyib və onu ETH Sürix (20-ci) izləyir.
Reytinq necə aparılır?
Euronews-un məlumatına görə, ShanghaiRanking Nobel mükafatı laureatı, Fields medalı, yüksək istinad edilən tədqiqatçıları və ya Nature and Science jurnalında dərc olunmuş məqaləsi olan hər bir universiteti əhatə edir.
Siyahıya həmçinin Science Citation Index-Expanded (SCIE) və Social Science Citation Index (SSCI) tərəfindən indeksləşdirilmiş əhəmiyyətli sayda məqalələri olan universitetlər də daxildir.
Ümumilikdə 2500-dən çox universitet siyahıya alınıb, ən yaxşı 1000 universitet isə dərc edilib.
Reytinq müxtəlif meyarlar əsasında hazırlanır. Buna uyğun olaraq, təhsilin və fakültənin keyfiyyəti, tədqiqatın səmərəliliyi və adambaşına düşən performans qiymətləndirilir.
Bu qiymətləndirmələrdə 6 kateqoriya olduğu halda, hər kateqoriya üzrə ən yüksək bal toplayan universitet 100 bala çatır, digərləri isə ən yüksək balın faizinə görə hesablanır.
Yekun reytinqdə hər bir kateqoriya üzrə toplanan balların orta çəkisi götürülür və ən yaxşı universitet cəmi 100 bala mütənasibdir.
Buna əsasən, universitetin ballarının 20 faizi Nobel mükafatı və Fields medalı almış işçilərin, 20 faizi yüksək istinad edilən tədqiqatçıların, 20 faizi isə Nature and Science jurnalında dərc olunan məqalələrin sayına əsaslanır. Eləcə də Elm Sitat İndeksi-Genişləndirilmiş sayı üzrə yüzdə 20 və Sosial Elm Sitat İndeksində indekslənmiş məqalələrin sayına, Nobel Mükafatı və Fields medalını alan məzunların sayına (yüzdə 10) baxılaraq hesablanır.
Təhsildən çox araşdırmaya əsaslanan bu meyarlar reytinqin tənqidinə də səbəb olur.