Prezident İlham Əliyev sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Hafta.az xəbər verir ki, Sərəncama əsasən, sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilirlər:
“Tərəqqi” medalı ilə
Bayramova Rəfiqə Haley qızı
Əliyev Şücaət Adil oğlu
Həsənov Fərid Həsənbala oğlu
Hüseynov Həsən Ədalət oğlu
Müzəffərova Vüsalə Yaşar qızı
Səfərov Pərviz Mehman oğlu
Səttarova Şəlalə Ağası qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Bayramov Tokay Nəsib oğlu
Fərəcov Elmin İsa oğlu
Hümbətov Sirac Məhəmməd oğlu
Şərifova Aidə Mir Ağa qızı
Şirinova Gülnar Tahir qızı.
***
Bundan başqa, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında da Sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət xidmətlərinin göstərilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilirlər:
Baxşəliyev Vüsal Şahin oğlu
Bəkirov Namiq Zakir oğlu
Əfəndiyev Zaur Məzahir oğlu
Əliyev Semral Adil oğlu
Əlizadə Murad Fərhad oğlu
Həsənzadə Ülvi Mobil oğlu
Verdiyeva Nigar Famil qızı.