Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın paytaxtı Kabildə nəzarət-buraxılış məntəqəsində bomba partladılması nəticəsində 2 polis həlak olub. Bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Məlumata görə, yaralanan 3 qanun keşikçisi xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, bomba gecə saatlarında Pamjsad-Family adlana ərazidə qoyulmuş nəzarət-buraxılış məntəqəsində yerləşdirilib. Səhər işə salınan partlayıcı qurğu iki polisin həyatına son qoyub.
İnsidentlə bağlı məsuliyyəti “Taliban” silahlı qruplaşması öz üzərinə götürüb.