Əjdər Ol saxlanılıb

09:00 09.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Kulis.az-a Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat verib. O bildirib ki, qardaşı ötən həftənin cümə günü saxlanılıb.

Xatırladaq ki, Əjdər Ol vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Ötən həftə S. Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əjdər Ol da Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb.