Əl-Ula Şahin Kuboku yarışları 9 gün davam edəcək

09:05 29.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Şahinləri Klubu və Əl-Ula Valiliyi Kral Komissiyası ilə əməkdaşlıq çərçivəsində ilk dəfə keçiriləcək 2023-cü il Əl-Ula Şahin Kuboku yarışlarına dünən start verilib və yanvarın 5-dək davam edəcək. Əl-Ula vilayətində keçirilən bu turnir öz növünün ən nüfuzlu təşkilatlarından biri kimi seçilir.

Hafta.az-ın yazdığına görə, kubok 60 milyon rial mükafat fondunda ən qiymətli kubokdur. Bu yarışlar həm də elit şahin təlimçiləri üçün xüsusi məqsəd daşıyır. Yəni böyük mükafatı qazanmaq üçün müxtəlif şahin təlimçiləri bir-birinə meydan oxuyaraq mübarizə aparacaqlar. Turnir fərqli kateqoriyalarda davam edəcək.