Əlcəzair-Azərbaycan Dostluq qrupunun inauqurasiya mərasimi keçirilib

20:30 26.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair Milli Xalq Məclisində (parlamendə) Əlcəzair - Azərbaycan Dostluq qrupunun inauqurasiya mərasimi keçirilib.

Hafta.az-ın yazdığına görə, mərasimdə Azərbaycanın bu ölkədəki Səfirliyinin Müvəqqəti işlər vəkili Rəfail Bağırıv da iştirak edib. İnauqurasiya mərasimində Milli Xalq Məclisinin sədr müavini Munzer Boden, Əlcəzair - Azərbaycan Dostluq qrupunun sədri Ğarbi Abdelbaset, millət vəkilləri, eləcə də Əlcəzair XİN-nin Asiya və Okianusiya idarəsinin rəis müavini Lunas Taazibet işitirak ediblər.

Müvəqqəti işlər vəkili Rəfail Bağırov çıxış edərək Əlcəzair-Azərbaycan Parlament Dostluq Qrupunun təsis iclasında iştirak etməkdən məmnunluğunu dilə gətirib, ölkələrimizin dünya xəritəsində mühüm coğrafi və strateji mövqelərə malik olduğunu, bu mövqeyin dünya dövlətləri üçün hər böyük əhəmiyyət kəsb etdiyini deyib. Diplomat bildirib ki, Azərbaycanla Əlcəzairi birləşdirən daha bir mühüm amil, hər iki ölkə xalqlarının müstəqillik uğrunda apardıqları şərəfli mübarizədir.

O, Azərbaycan Xalq Cümhuriyyətinin İslam Şərqində ilk parlamentli demokratik respublika olduğunu və xalqımızın müstəqillik tarixində mühüm yer tutduğunu xüsusilə qeyd edib. Bildirib ki, Azərbaycan həm də ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərindən çox böyük və çətin müstəqillik yolu keçib və nəhayət dövlət müstəqilliyini əldə edib.

Çıxış edən Əlcəzair XİN-in nümayəndəsi Lounes Taazibet də bildirib ki, yaradılan qrup 2015-ci ildə hər iki ölkədə diplomatik nümayəndəliklər açılandan sonra “yüksək keyfiyyət” qazanmış ikitərəfli dostluq münasibətlərini möhkəmləndirə bilib və dostluq əlaqələri əməkdaşlığın hüquqi bazasının yaradılması ilə nəticələnib.

Mərasimdə söz alan dostluq qrupunun prezidenti Abdelbaset Garbi deyib ki, qurulan mexanizm qarşılıqlı tərəfdaşlığı inkişaf etdirəcək, iki ölkənin xalqları arasında məsləhətləşmələr üçün fürsət yaradacaq.

Siyasət rubrikasından digər xəbərlər