Əlcəzairdə bir gənci yandıraraq linç edən 49 müttəhim edam edilib

20:06 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Əlcəzairdə məhkəmə bir gəncin cəsədinə qarşı sui-istifadə və qətldə şübhəli bilinən 49 nəfərin edamına qərar verib. Bu barədə “Al-Masry Al-Youm” məlumat yayıb.

Hadisə ölkənin şimalındakı Tizi-Uzu əyalətinin Larbaa-Nat-İraten şəhərində baş verib. 2021-ci il avqustun 11-də Camal bin İsmayıl adlı gənc vəhşicəsinə qətlə yetirilib.

Yaxınlarının sözlərinə görə, gənc ölkəni bürüyən yanğınları söndürmək üçün könüllü olub. Hücum edənlərin meşə yanğınları törətməkdə Ben İsmayıldan şübhələndikləri və onun üzərində linç etmək qərarına gəldiyi bildirilir.

Daha sonra şəbəkədə 38 yaşlı könüllünün döyülməsi və yandırılması ilə bağlı görüntülər peyda olub.
Hüquq-mühafizə orqanları əlcəzairliin qətlinin arxasında cinayətkar dəstənin dayanması versiyasını irəli sürüb. Polis o anda 60-dan çox şübhəlini saxladı.

Oxunma sayı 1661