Əlcəzairin rabitə naziri Məhəmməd Lakab açıqlamasında ölkədəki özəl məktəblərin fransız kurrikulumun tədrisinə qadağa qoyulduğunu deyrək, bu məktəblərin qanunlara tabe olduğunu və Əlcəzair kurrikulumun öyrətmək məcburiyyətində qaldığını vurğulayıb.
Hafta.az-ın yazdığına görə, rabitə nazirliyinin təşkil etdiyi simpoziumda Lakab, özəl məktəblərə müraciət ünvanlayaraq, “Keçmişdə fransız kurrikulumun tədrisi ilə səhvə yol verən dövlət indi öz nüfuzunu bərpa etmək və qanunları yerinə yetirmək üçün sizi təəccübləndirir” deyib. Nazir bu sualı da verib: “Əlcəzairin təhsil proqramlarını xarici ölkələrdə müqaviləsiz tədris etməyə icazə verilirmi?”
Ərəb Dünyası Xəbər Agentliyinin xəbərinə görə, rabitə naziri əvvəlki illərdə dövlətin sərt davranmamasıınn bəzi özəl məktəb sahiblərinin xarici təhsil proqramları tətbiq etməsinə səbəb olduğunu deyib.
Təhsil Nazirliyinin ötən ay yeni tədris ilinin başlanması ilə qüvvəyə minən qərarları arasında əsas təhsil pilləsində ingilis dilinin tədrisinin təsdiqi də var. Bu, Əlcəzairin ingilis dili təhsilinin universallaşdırılması və hər zaman məktəb fənlərinin ən böyük payına malik olan fransız dilinin tədrisinə ayrılan dərs saatlarının azaldılması istiqamətindəki yeni tendensiyasına uyğundur.
Müxtəlif sektorlardan nazirlərin iştirak etdiyi birgə simpoziumda Əlcəzairin təhsil naziri Əbdülhakim Belabed nazirliyin məktəb rəhbərlərini çağıraraq milli kurrikuluma əməl etmələri barədə məlumat verdiyini bildirib və əlavə edib: “Təhsil Sektoru Baş Müfəttişliyi, bəzi xüsusi məktəblərdə fransız dili proqramının tədris edildiyini aşkarladı. Təhsil Nazirliyi tərəfindən qəbul edilən kurikulum Əlcəzair cəmiyyətinin mədəniyyəti və tarixindən qaynaqlanır və başqa ölkələrin mədəniyyəti ilə çirklənə bilməz".