Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində “Güclü Gürcüstan” koalisiyasının liderlərindən olan Aleksandre Elisaşvilini saxlayıblar.
Hafta.az-ın yazdığına görə, qurumun məlumatına əsasən, o, Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “a” yarımbəndində nəzərdə tutulmuş cinayətdə ittihamlanır ki, bu da zorakılığa baş vurmaqla törədilmiş təqibi nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, dekabrın 2-də Tbilisinin Kostava küçəsində yerləşən apteklərdən birinin yaxınlığında Aleksandre Elisaşvili “Gürcü Arzusu” Partiyasının üzvü 1954-cü il təvəllüdlü Əli Babayevə hücum edib və partiya mənsubiyyətinə görə ona qarşı fiziki güc tətbiq edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq hərəkətləri nəticəsində Aleksandre Elisaşvilini təqsirləndirilən şəxs qismində saxlayıblar.
Baş vermiş faktla əlaqədar Cinayət Məcəlləsinin 156-cı maddəsinin ikinci hissəsinin “a” yarımbəndi ilə istintaq aparılır. Cinayət üç ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.