Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub göndərdi

11:38 28.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, məktubda layihənin uğurlu icrasının Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.