Əlil arabası ilə birlikdə itkin düşüb

10:14 05.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda əlil arabasında olan şəxs küçədə itkin düşüb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 3-cü küçədə yaşayan Məmmədov Kəramət Bəyzadə oğlu həmin küçədə yaşayan əlil Mudarov Mahir Çərkəz oğlunu Nəsimi rayonu, Alı Mustafayev küçəsi 10 saylı ünvanın yan tərəfində əlil arabasında saxlayaraq ondan ayrılıb. Təxminən 20 dəqiqə sonra həmin yerə qayıdan K.Məmmədov M.Mudarovu orada görməyib.