Əmək müqavilələri elektron imzalanacaq

13:32 29.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək müqavilələrinin imzalanması artıq elektronlaşır.

Hafta.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov deyib.

O bildirib ki, növbəti ildən prosesə start veriləcək:

"İlkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt qurumlarının işçilərinin əməkdaşları ilə elektron Əmək müqavilələrinin bağlanması test rejimində həyata keçiriləcək. Bunun üçün elektron imza və SİMA-dan istifadə nəzərdə tutulub. Daha sonra Əmək müqavilələrinin elektron sistemdə bağlanması bütün ölkədə tətbiq ediləcək".