Ən çox ət yeyilən ölkələr: Honq Konq birincidir

11:10 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə aparılan yeni bir araşdırmaya əsasən dünyada ən çox ət yeməkləri yeyilən ölkələrin siyahısı açıqlanıb.

Hafta.az-ın “Al Ain”a istinadən yazdığına görə, ət qidalarından ən çox Avropa və Amerika ölkələri istifadə edir.

Siyahıda ilk pillədə yer alan Honq Konqda hər ir nəfər il ərzində 137 kiloqram ət yeyir. İkinci pillədə qərarlaşan ABŞ-da isə adambaşına ildə 124 kiloqram ət istehlak olunur. İlk üçlüyü Avstraliya tamamlyır. Dünyanın tarixən ən böyük qoyun əti ixracatçılarından olan Avstraliyada bir il ərzində adambaşına 121 kiloqram ət yeyilir.

Siyahıda ilk onluğa daxil olan ölkələrin ardıcıllığı bu cür davam edir: 4. Argentinada 109 kiloqram, 5. Yeni Zelandiyada 100 kiloqram, 6. İspaniyada 100 kiloqram, 7. Portuqaliyada 94 kiloqram, 8. İslandiyada 91 kiloqram, 9. Polşada 88 kiloqram və 10. Monqolustanda 88 kiloqram.