ABŞ-da serial həvəskarları sevdikləri serialları yeni bölümlərlə izləmək üçün səbirsizlənsələr də, Google-da tamaşaçıların ən çox axtardığı 10 serial sıralanıb.
Hafta.az-ın yazdığına görə, həmin seriallar bunlardır:
1. “Yellowstone 5”. 2024-cü ilin noyabrında yayımlanacaq yeni bölümlər üçün aylıq 225 min axtarış edildiyi müəyyən olunub.
2. “Squid Game 2”. 2022-ci ildə yayımlanan ilk sezon epizodları ilə bütün dünyaya səs salan Cənubi Koreya serialının ikinci sezonu hələ naməlum çıxış tarixi ilə səbirsizliklə gözlənilir. Bu məqsədlə ayda 180 mindən çox axtarış aparılıb.
3. “Severence 2”. Psixoloji triller serialının yeni sezonu Google axtarışlarında populyardır. Yayım tarixi bilinməyən ikinci mövsüm üçün hər ay 180 mindən çox axtarış edildiyi üzə çıxıb.
4. “Kobra Kai 6”. 2024-cü ildə 6-cı sezonu yayımlanacaq, maraqla gözlənilən serialın pərəstişkarları Google-da aylıq 162 mindən çox axtarış edib.
5. “Tulsa King 2”. "Paramount+" prodüser şirkəti hələ yeni mövsüm tarixini açıqlamayıb. Serialın yaradıcısı Terens Vinter serialdan ayrıldıqdan sonra ikinci sezonda gecikmə var. Serial ayda təxminən 133 min dəfə axtarılıb.
6. “Ted Lasso 4”. Pərəstişkarları dördüncü sezonu gözləsələr də, serial üçüncü sezonla bitdi. Baş rol ifaçısı Ceyson Sudeikis “Danışmaq istədiyimiz, ümid etdiyimiz və sevdiyimiz hekayə bitdi” desə də, tamaşaçılar ayda 122 min dəfə serialı axtarıblar.
7. “House of the Dragon 2”. 2024-cü ilin yayın əvvəlində yayımlanacaq yeni mövsüm üçün hər ay 117 mindən çox axtarış aparıldığı müəyyən edilib.
8. “The Handmaids Tale 6”. Hulu kanalının çox sevilən serialının altıncı və son mövsümü 2025-ci ildə yayımlanacaq. İlk sezonu 2022-ci ildə başlayan serialın final mövsümünün ləngiməsinin Hollivuddakı tətillə əlaqədar olduğu düşünülür. Tamaşaçılar maraqla gözlədikləri yeni sonluq üçün Google-da ayda təxminən 114 min axtarış etdi.
9. “Outer Banks 4”. Serialın yeni sezonunun çəkilişləri noyabrda başlayıb, lakin yayım tarixi hələ məlum deyil. Onun pərəstişkarlarının Google-da ayda 107 minə yaxın axtarış etdiyi müəyyən edilib…