Almaniyanın paytaxtı Berlin dünyanın ən yaxşı ictimai nəqliyyat sisteminə malik şəhər kimi tanınıb. CNN-in məlumatına görə, səyahət bələdçisi olan Time Out-un araşdırması dünyanın 50 şəhərində 20 000 insanın yerli ictimai nəqliyyat sistemlərinə münasibətini öyrənmək üçün sorğu keçirib.
Nəticədə məlum olub ki, yeni reytinqdə Avropa və Asiya üstünlük təşkil edir - ilk onluq bütünlüklə bu qitələrdəki şəhərlərdən ibarətdir. Həmçinin cəmi 19 istiqamətdən ibarət siyahıda Şimali Amerikada üç şəhər var, qalan qitələr isə ümumiyyətlə təmsil olunmayıb.
1. Berlin, Almaniya.
2. Praqa, Çexiya.
3. Tokio, Yaponiya
4. Kopenhagen, Danimarka.
5. Stokholm, İsveç.
6. Sinqapur.
7. Honq Konq.
8. Taypey, Tayvan
9. Şanxay, Çin
10. Amsterdam, Hollandiya
11. London, Böyük Britaniya.
12. Madrid, İspaniya.
13. Edinburq, Böyük Britaniya.
14. Paris, Fransa.
15. Nyu-York, ABŞ.
16. Monreal, Kanada.
17. Çikaqo, ABŞ.
18. Pekin, Çin.
19. Mumbay, Hindistan.