Ərdoğan azərbaycanlı professora vəzifə verdi

10:08 06.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attara  vəzifə verib.

hafta.az türk mətbuatına istinadən xəbər verir ki, Giresun Universitetinin sabiq rektoru Aygün Attar Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Azərbaycanın Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib.

A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır.

O, 2019-cu ildə  Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib.