Almaniyada Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlı həzmsizlik davam edir. İndi isə icrası gözlənilən vətəndaşlıq qanunu ilə bağlı müzakirələr qızışıb.
Hafta.az-ın yazdığına görə, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin ardından küçələrdəki sevinc nümayişlərindən narahat olanlar, indi də vətəndaşlıq haqqında qanun layihəsini irəli sürür. Ərdoğana səs verən seçicilər hədəf alınarkən, Birlik Partiyaları Parlament Qrupunun (CDU/CSU) baş katibi Forsten Frey (CDU) Ərdoğanın qələbəsini "depressiv" olaraq şərh edib.
O, bununla kifayətlənməyib və Ərdoğana səs verənləri “uyğunsuz seçim etməkdə” günahlandırıb. CDU siyasətçisi, ikili vətəndaşlığa da icazə verən hüquqi tənzimləmə üçün, "Bu, kifayət qədər uyğunlaşmamış daha çox insanın vətəndaşlığa keçmə riskini artıracaq. Hər şeydən əvvəl uyğunlaşma müvəffəqiyyətli olmalıdır, ondan sonra vətəndaşlıq düşünülə bilər" deyib.