Erməni lobbisindən Co Baydenə ünvanlanan gülməli tələblər

11:50 21.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusunun qarşısında ölümcül məğlubiyyətə uğrayan Ermənistan hakimiyyəti və ABŞ-dakı erməni lobbisini, yenicə and içib prezidentlik fəaliyyətinə başlamıb Co Baydenə ciddi təzyiq göstərməyə, onun Azərbaycana və qardaş Türkiyəyə qarşı mövqe tutmasına çalışır. 

Hafta.az yazır ki, Amerika Erməni Milli Komitəsi (ANCA), Baydenın andiçmə mərasimi başa çatar-çatmaz təbrik mesajı yayımlayıb. Çox sayda tələbin yer aldığı məktubda, ötən ilin payızında Qarabağ bölgəsində aparılan torpaqların işğaldan azad edilməsi prosesi diqqətə çatdırılır və Ankara ilə Bakıya sanksiyalar tətbiqi tələb olunur. 

ANCA-nın Baydenə "təbrik mesajında" Türkiyə və Azərbaycanla bağlı bölümdə aşağıdakı ifadələrə yer verilib: Qanunlar çərçivəsində ABŞ ordusunun və təhlükəsizlik qüvvələrinin Azərbaycan və Türkiyəyə dəstəyi kəsilməli, hər iki ölkənin yeni silah idxalatına verilən icazə ləğv olunmalı; Azərbaycan və Türkiyə rəhbərlərinə, Dağlıq Qarabağda "insan haqlarını pozduqları üçün sanksiya tətbiq edilməli; Dövlət Deportamenti, Pentaqon və Ədliyyə Nazirliyi, Azərbaycanın istifadə etdiyi Türk SİHA-larında quraşdırılan ABŞ istehsalı olan hissələrlə əlaqədar istintaq başlatmalıdır.