Ermənilərin kvadrokopteri ələ keçirilib

14:03 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Oxunma sayı 2485