Ermənilərin Qarabağda törətdiyi dağıntıların miqyası digər fəsadlarla müqayisə oluna bilməz - Mikayıl Cabbarov

12:37 30.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya ictimaiyyəti müharibə nəticəsində yaranmış fəsadlarla dəfələrlə üzləşib, amma Ermənistanın törətdiyi dağıntıların miqyası bunlarla müqayisə olunmur.

Hafta.az-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Leninqrad və Hirosima şəhərləri dağıntılara məruz qalıb, amma ermənilərin Qarabağ torpağında törətdiyi dağıntıların miqyası bu nümunələrlə müqayisə oluna bilməz:

"Azərbaycan Prezidentinin rəhbərliyi altında Qarabağda bərpa və reskonstruksiya işləri sürətlə davam edir. Tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq".