Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülhə imza atmalıdır – Akif Nağı

18:00 07.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 6-da Praqa bəyanatı ilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması erməni hərbi təxribatlarının və sülhə maneə yaradan cəhdlərinin qarşısını ala biləcəkmi?

Azad Vətən Partiyasının sədri Akif Nağı hafta.az-a Praqada aparılan danışıqları sülh danışıqlarının davamı kimi müsbət dəyərləndirməklə yanaşı, Ermənistanın və onun havadarlarının bundan yayınmaq üçün müxtəlif bəhanalər edəcəyini istisna etməyib.

Hər danışıqlardan sonra Ermənistanın sərhəddə gərginlik yaratmasına illərdir şahidlik edirik. Ona görə də, bu görüşdən sonra da Ermənistanın tez bir zamanda sülhə gələcəyinə inam azdır. Çünki Ermənistan sülh müqaviləsi bağlamaq fikirndə deyil. Müxtəlif bəhanələrlə sülhdən yayınmağa çalışır. Çünki bu mövcud reallıqlarla barışıb, Azərbaycanın tələblərini  yerinə yetirməkdir. Ona görə də Ermənistan rəsmiləri sülh prosesindən kənarda qalmaq üçün müxtəlif bəyanatlar verirdilər. Xarici güclər- ABŞ, Rusiya, Fransanın da mövqeləri Azərbaycanla üst üstə düşmür və məsələnin yarımçıq qalmasında maraqlıdırlar. Sərhəddə cəbhə bölgəsində baş verənlər onu göstərir ki, bu həmin dövlətlərin maraqlarına cavab verir. Rusiya silahlı qüvvələrinin regionda qalmasını istəyir. Atəşkəs pozulduqca Rusiya sülhməramlı kontingentinin qalması ilə bağlı mövqeyi güclənir. Belə bir mürəkəb prosesdə Azərbaycan heç bir güclə hesablaşmadan Türkiyənin müttəfiqliyinə söykənərək yumşaq təzyiq forması ilə Xankəndiyə doğru irəliləməlidir. Xankəndi məsələsi həll olunmalıdır. Xankəndi, Xocalı, Əsgəran, Ağdərədə Azərbaycan qanunları bərpa olunmalıdır. Bu olmasa ermənilər öz təxribatlarını davam edəcək və məsələ həllini tapmayacaq.

Artıq Avropanın vasitçiliyi ilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə razılaşması erməni mahiyyətinə baxanda hələ məsələnin həllli deyil. Lakin görüşdə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həmin maraqlı güclə bir daha sərt ismarıc kimi qəbul oluna bilər.

Prezidentin qətiyyətli mövqeyi Ermənistan və regionda marağı olan o güclərə də öz sözünü dedi. Ermənistan Azərbaycan dövlət sərhədlərini tanımalı və əməl etməlidir. Bunun üçün Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülhə imza atmalıdır. Son Praqa görüşündə Ermənistan baş nazirinin hələ ki, sözdə ərazi bütövlüyümüzü tanıması irəliyə gedişdir. Amma Ermənistanın sərhəddə və daxildə hansı addımları atacağı bəlli deyil”.

A.Nağı ermənipərəst Fransanın təşəbbüsü ilə keçirilən görüşdə Türkiyənin də bir tərəf kimi çıxış etməsinin daha ədalətli ola biləcəyini qeyd edib. Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsinə gəlincə, partiya sədri hedab edir ki, artıq bu Ermənistanın Azərbaycana münasibətindən asılı olacaq.

“Bu danışıqlar sülh prosesinə doğru atılan addım olsa da, Ermənistanın və havadarlarının buna nə dərəcədə əməl edə biləcəyi mübahisəlidir. Çünki faktlar sübut edir ki, Ermənistan sözdən yox, yumruqdan anlayır”

Siyasət rubrikasından digər xəbərlər