Ermənistan parlamentində dava olub

17:00 24.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan parlamentinin avqustun 24-də keçirilən iclasında əlbəyaxa dava olub.

Hafta.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müxalifət fraksiyasını təmsil edən deputatlarla qanunverici orqanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında əlbəyaxa dava olub.

Deputat Anna Mkrtçyan baş nazir Nikol Paşinyana sual verərkən hökumət başçısını sərt tənqid edib və xoşagəlməz ifadələr işlədib.

Parlamentin sədri Alen Simoyan əvvəlcə Anna Mkrtçyanın mikrofonunu söndürüb və sonra onu iclas zalından çıxarmaq barədə təhlükəsizlik xidmətinə tapşırığı olub.

Müxalif deputatlar buna etiraz edib, A.Mkrtçyanı əhatəyə alaraq və onun zaldan çıxarılmasına imkan verməyiblər. Mübahisəyə iqtidar deputatları da qoşulub və fiziki qarşıdurma yaşanıb.

Müxalif deputatlar “Nikol, sən satqınsan”, “Nikol, hakimiyyəti tərk et” kimi şüarlar səsləndiriblər.

İclasda insidentlə bağlı 20 dəqiqəlik fasilə elan olunub.

Qeyd edək ki, bundan əvvəl isə jurnalistlər Ermənistan parlamentində etiraz aksiyası keçiriblər. KİV nümayəndələri hakimiyyət nümayəndələrinin onlara qarşı zor tətbiq etmələrindən, parlamentdə jurnalistlərə normal şərait yaradılmamasından şikayət ediblər.