“Qafandakı hava limanı hazırdır, amma işə başlaması üçün heç kim məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. Ermənistan hakimiyyət orqanlarının hərəkətləri hava limanının faktiki olaraq Azərbaycanla sərhəddə qalmasına səbəb oldu”.
Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu fikirləri "Hayastan” iqtisadi məsələlər komissiyasının rəhbəri vəzifəsinə namizəd olan Vaqe Akopyan parlamentdə çıxışı zamanı ifadə edib
"Aeroport üç il ərzində inşa edildi. Bunun üçün təxminən 9 milyard dram(təxm.18 milyon dollar) xərcləndi və bir təyyarə alındı. Hazırda istismara hazırdır, amma sizin sayənizdə ərazi sərhədə çevrildi. İndiki hakimiyyət bu barədə danışmır. Və yadlarına salmırlar ki, 90-cı illərdən bəri Ermənistanda hava limanı tikilməyib” –deyə V.Akopyan bildirib.
Onun sözlərinə görə, indi Qafan və İrəvan arasında uçuşlar etmək üçün məsuliyyəti heç kim üzərinə götürmür:
Hələ 2021-ci ilin yanvarında Ermənistan Ombudsmanı Arman Tatoyan Zəngəzur mahalındakı (Sünik vilayəti) sərhədlərin uzlaşdırılması nəticəsində nəinki Qafan hava limanının, hətta İrəvana gedən yolun da təhlükə altında olduğunu bildirmişdi.
Qeyd edək ki, Qafan İrəvandan 5-6 saat aralıda yerləşir. Sovet dövründə burada hava limanı və dəmir yolu xətti olub.