Yazını böyüt
Yazını kiçilt
“Ermənistan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlasa, bundan sonra Ermənistanda Rusiya hərbi bazasının olmasına ehtiyac qalacaqmı?”
Hafta.az xəbər verir ki, erməni politoloq Stepan Danielyan Aysor.am müxbirinin bu sualına belə cavab verib:
“Eyni şəkildə biz də sual yarana bilərmi ki, NATO-nun Gürcüstandakı, yaxud Ukraynadakı mövqeləri qalacaq, ya yox? Bütün bunlar şübhə altında qalıb. Kimin kimin dostu, kimin kimin düşməni olduğu da sual altındadır. Eyni ilə Türkiyə NATO-nun üzvüdür, lakin bir çox hallarda NATO-nun qərarlarına qarşı çıxır. Yəni anlaşılmaz vəziyyət yaranıb, bütün bunlara aydınlıq gətirmək üçün beynəlxalq münasibətlərdə hansısa yeni “arxitektura” olmalıdır. Sadəcə, biz hər şeyi özümüz üzərində hiss edirik”.