Ermənistanda virusa yoluxanların sayı yenə artdı

11:48 05.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində daha 423 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 

Hafta.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 245 025 nəfərə çatıb.

 

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 911-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1164 nəfərdir.

 

Hazırda 9837 pasiyent müalicə olunur.