Ermənistandan keçən Azərbaycan yüklərini və vətəndaşlarını kim yoxlayacaq: amerikalılar, yoxsa?..

17:13 08.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrəvanın regional kommunikasiyaların eyni vaxtda açılması və erməni tərəfinin 4 əsas prinsipə sadiq qalması ilə bağlı iddialarına baxmayaraq, Vaşinqtonda gözlənilən razılaşmalar öncəsi bir sıra məsələlər açıq qalır. Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq bir-birinə yol açıb-açmayacağı məlum deyil. İllərdir aparılan danışıqlarda erməni tərəfi blokadanın ümumi götürülməsinin vacibliyini ardıcıl olaraq vurğulayır”.

Hafta.az xəbər verir ki, bunu Amerikanın “Azadlıq” radiosunun erməni bürosunun(“Azatutyun”) internet saytı bildirir.

Baş nazir Nikol Paşinyan hətta aylar əvvəl Türkiyə mediasına verdiyi müsahibədə sadəcə olaraq başqa gündəmin olmadığını vurğulamışd:

"Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsi üçün belə bir ayrı gündəm yoxdur. Bu gündəm ümumilikdə regional kommunikasiyaların açılması gündəliyinin bir hissəsidir. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan bir-biri üçün həm daxili, yəni Ermənistandan Azərbaycan ərazisindən Ermənistana, Azərbaycandan isə Ermənistan ərazisi vasitəsilə Azərbaycana kommunikasiyalar açılmalıdırlar".

“Lakin indiyədək Ermənistan, ABŞ və Azərbaycan liderləri arasında danışıqlara saatlar qaldığı bir vaxtda istər beynəlxalq, istərsə də yerli mətbuat Azərbaycanın tələb etdiyi Sünikdən(Zəngəzur-S.L.) keçən 43 kilometrlik yol məsələsinin həll olunduğunu yazır”, -deyə nəşr davam edir.

“Dünəndən mətbuatın bu iddiaları ilə bağlı hakimiyyətin susqunluğunu bir müddət əvvəl parlament sədrinin müavini pozdu. Ruben Rubinyan qısa Facebook paylaşımında təkid edib ki, Ermənistanın bağlayacağı hər hansı saziş “qarşılıqlı blokadanın götürülməsini” əhatə edəcək. “Yəni Azərbaycan üçün yollar açılırsa, Ermənistan üçün də qarşılıqlı üstünlüklərlə açılır”, - deyə spiker müavini yazıb.

Amma Rubinyan digər əsas məsələyə toxunmayıb: Ermənistana daxil olan Azərbaycan yüklərini və vətəndaşlarını kim yoxlayacaq: Ermənistan gömrük və sərhəd xidmətinin əməkdaşları, yoxsa amerikalılar? Təhlükəsizliyi kim təmin edəcək? Əgər qərar verilsə ki, amerikalılar azərbaycanlıların keçidini təşkil edəcək, bəs Azərbaycan ərazisindən keçəcəyi təqdirdə ermənilərə hansı şərtlər şamil olunacaq?”, -deyə “Azatutyun” sual edir.