Ermənistanın Apellyasiya Məhkəməsi Samvel Karapetyanın həbsini qanunsuz hesab etdi...-GÖZLƏNİLMƏZ

17:55 11.08.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Cinayət Apellyasiya Məhkəməsi Samvel Karapetyanın həbsini qanunsuz hesab edib.

Hafta.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bu barədə vəkil Lianna Qasparyan yazıb .

“Məhkəmə təsdiq edib ki, Samvel Karapetyanın 2025-ci il iyunun 18-də həbsi qanunsuz olub, nəticədə Samvel Karapetyan qanunsuz olaraq təxminən 9 saat və daha çox həbsdə saxlanılıb.

Belə ki, Apellyasiya Cinayət Məhkəməsi bu cinayət prosesində baş verən qanunsuzluqlardan biri olan Samvel Karapetyanın qanunsuz və əsassız həbsi faktını təsdiqləyib.

Bu arada qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi (yenə hakim Artak Karapetyan) qərar qəbul edərkən həbsin bu mühüm halını nəzərə almayıb”, - xəbərdə belə deyiılir.