Ermənistanın təcavüzü nəticəsində dəyən ziyanın qiymətləndirilməsi üzrə Dövlət Komissiyasının iclası keçirilib

21:22 10.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi üzrə Dövlət Komissiyasının növbəti genişləndirilmiş iclası keçirilib.

Nazirlər Kabinetindən hafta.az-a bildirilib ki, iclas zamanı ötən vaxt ərzində görülmüş işlərin vəziyyətinə dair məruzələr dinlənilib, yerdə qalan işlərə dair müzakirələr aparılıb və qısa müddət ərazində tam başa çatdırılımasına dair müvafiq tapşırıqlar verilib.