Ermənistanla sülhün əsas şərti - Azərbaycanın dövlət sərhədləri TANINMALIDIR

15:19 22.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Artıq Rusiya rəsmiləri tərəfindən də Zəngəzur dəhlizin açılmasına müsbət yanaşmalar müşahidə olunur. Biz Ermənistanın da bu mövqeni təsdiqləyən açıqlamalarını gördük. Bu Azərbaycanın uğuru və 10 noyabr razılaşmasına uyğun addımların atılmasıdır”

Bunu hafta.az-a politoloq Əhəd Məmmədli Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi mövqeyindəki dəyişikliyə diqqət çəkərkən bildirib.

Politoloq bildirib ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları onu göstərir ki, artıq Ermənistanı da buna razı salıb.

“Paşinyan və ondan əvvəl də Rusiya xarici işlər naziri Lavrov “bu haqda heç nə danışılmayıb” ritorikası ilə məsələnin üzərindən keçsələr də, artıq Zəngəzur dəhlizinin özləri üçün də hansı əhəmiyyətə malik olduğunu dərk edirlər.

Ə.Məmmədli hesab edir ki, bu fonda Rusiyanın marağında olan əsas məsələ kommunukasiyaların açılmasıdır. Politoloq hesab edir ki, Ermənistana Gürcüstandan keçən yalnız bir yolun olması və məlum rus-gürcü münasibətlərinə əsasən Zəngəzur xəttinin açılması Rusiya üçün də səfərfəlidir.  

“Rusiya həmin yola nəzarəti öz üzərinə götürmək istəyir və regionda əsas söz sahibi olduğunu diqtə edir.  Görünür ki, Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsi də Rusiya vasitəsi ilə bağlanacaq. Bu da Rusiyanın beynəlxalq siyasətdə bir uğuru kimi vurğulanır. İqtisadi, siyasi imic, regional güc məsələlərinə görə fəaliyyət göstərsə də, burda əsas məsələ Rusiya-Türkiyə razılaşması ilə ortaya çıxır.  Ərdoğan -Putin görüşü böyük bəyanatlarla yadda qalmasa da, görünür ki, hansısa razılaşmalar olub və bu məsələdə Türkiyə Rusiyaya güzəştə gedib. Əsas odur ki, Ermənistanla sülh müqaviləsi bağlanacaqsa Azərbaycan dövlət sərhədləri tanınmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər