Yazını böyüt
Yazını kiçilt
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Eternity - 2019” təlimində iştirak edəcək Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları üçün konsert proqramı təşkil olunub.
Hafta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan xalq mahnıları, hərbi marşlar, rəngarəng rəqslər, o cümlədən müxtəlif xalqların dillərində musiqilər səsləndirilib.