Evdə 83 yaşlı kişi meyiti aşkarlandı

19:26 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonunda meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.