Evdən 4 min dollar oğurlayan şəxs tutulub

13:04 17.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə martın 7-də rayon ərazisindəki evlərin birindən 300 manat pul, 4000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini M.İsgəndərov saxlanılıb.