Evdən 40 min manatlıq qızıl oğurlanıb

13:20 27.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən böyük məbləğdə oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 40 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Məmmədova saxlanılıb.