Yazını böyüt
Yazını kiçilt
Bakıda mənzildən içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.
Onunla birlikdə olan daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.