Evin zirzəmisində yanğın olub, 1 nəfər ölüb

17:34 26.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evin zirzəmisində yanğın olub, 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 330 kv.m olan üçmərtəbəli evin zirzəmisində 1 ədəd çarpayı yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.