Evindən 3 min 787 ədəd insan sümüyü çıxdı - DƏHŞƏTLİ CİNAYƏT

14:55 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikanın paytaxtı Mexikoda silsilə cinayətlər törədən qatilin evinin həyətində 17 cəsədə aid minlərlə sümük çıxıb.

Hafta.az-ın məlumatına görə, Mexiko prokurorluğundan verilən açıqlamada 72 yaşındakı şübhəlinin həyətində aparılan qazıntılar zamanı tapılan sümüklərin ümumi sayı 3787-dir.

Məhkəmə ekspertizası zamanı bu sümüklərin illər əvvəl itkin düşən 17 nəfyərə aid olduğu aşkarlanıb. Qurbanların sümükləri ilə yanaşı özəl əşyaları da tapılıb. Araşdırmalar hələ də davam edir.

 

Oxunma sayı 9253