Yazını böyüt
Yazını kiçilt
"Türkiyənin güclü olması türk dünyasının güclü olması deməkdir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, Türkiyə PKK terror təşkilatına dinc yolla son qoyulması ərəfəsindədir.

F.Mustafa vurğulayıb ki, Azərbaycan öz torpaqlarında terrora son qoyulmasını necə hiss etdisə, Türkiyə də bu hissləri yaşayır:
“Türkiyənin terror xarabalığından xilas olma imkanları var. Türkiyə kimi bir dövlət terorra qarşı xərclədiyi vəsaiti digər sahələrə ayırsa, onun gücü bütün sahələrdə özünü göstərəcək”.