Fazil Mustafaya qarşı sui-qəsd Azərbaycana qarşı yönəlib - Aydın Mirzəzadə

12:43 04.04.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Həmkarımız Fazil Mustafaya qarşı törədilən sui-qəsd Azərbaycana, Azərbaycan parlamentinə qarşı yönəlib. Düşmənlər bundan sevindi, hədəfin haradan gəldiyi məlum oldu”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə bildirib. Deputat qeyd edib ki, F.Mustafaya qarşı sui-qəsddə məqsəd Azərbaycanda xof yaratmaq, ölkədə vəziyyətin gərginliyini nümayiş etdirməklə, ölkəni müstəmləkəyə salmaq siyasətinin davamıdır.

Onun fikrincə, Azərbaycan silahlı qüvvələri martın 25-də Laçın dəhlizini nəzarətə götürəndən 3 gün sonra deputat həmkarımıza qarşı törədilən bu sui-qəsd bir-biri ilə əlaqəlidir.

“Bununla Azərbaycanı qorxutmağa çalışdılar. Amma səhv etdilər. Azərbaycan belə bir ərəfədə öz birliyini daha çox göstərdi. Bu gün Ermənistanın maraqları öz maraqları kimi elan edənlər ermənidən də betər Azərbaycana düşməndir”.

Siyasət rubrikasından digər xəbərlər