“Fələstin dövlətinin yaradılması ilə bağlı beynəlxalq razılıq var” – Baş nazir

09:15 23.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fələstinin baş naziri Məhəmməd İştiyyə hökumətin həftəlik iclasında çıxış edib. O, "İkidövlətli həll variantı çərçivəsində beynəlxalq fəaliyyət var. Biz deyirik ki, dünya iki dövləti rədd edən İsrailin Baş naziri Binyamin Netanyahu və hökumətinin münasibətinə diqqət yetirməlidir" deyib.

Hafta.az-ın yazdığına görə, dünyanın işğala son qoyulması, Fələstin dövlətinin tanınması və Fələstinin BMT-yə üzv olması məqsədilə səs verməsi üçün səy göstərməsi lazım olduğunu bildirən Ştiyye, "Fələstin dövlətinin qurulması ilə bağlı beynəlxalq razılıq var" deyə bildirib.

İştiyyə bildirib ki, beynəlxalq razılıq “işğala son qoymağa yönəlmiş Fələstin dövlətini yerlərdə konkretləşdirəcək praktiki addımlara” çevrilməlidir.

Fələstinlilərə qarşı davam edən hücumlar, məskunlaşmalar, işğal və sülhü rədd etdiyi üçün dünyanın İsrailə qarşı sanksiyalar tətbiq etməyi düşünməyə başlaması lazım olduğunu bildirən İştiyyə, "Qəzza zolağı və İordan çayının qərb sahilində qırğın maşınının dayandırılması zəruridir" çağırışı edib.

Maraqlıdır ki, İştiyyəin bəyanatı Avropa İttifaqının, İsrail, Fələstin, Misir, İordaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri, həmçinin Ərəb Liqası baş katibin iştirakı ilə Brüsseldə keçirilməsi gözlənilən görüşdən əvvəl verilib.  Gözlənilir ki, görüşdə “Yaxın Şərqdə iki dövlətli həll” prinsipini gücləndirmək üçün yaxın aylarda beynəlxalq sülh konfransının keçirilməsinə hazırlıq müzakirə olunacaq.

İclasın gündəliyinə “İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı zorakılıq edən qeyri-qanuni məskunlaşmaçılara qarşı Aİ-nin sanksiya tətbiq etməsinə” hazırlıq da daxildir.