FHN “Dərnəgül” stansiyasında təlim keçirəcək

23:23 21.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Dərnəgül” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 22 dekabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Hafta.az Nazirliyə istinadən bildirir ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.