FHN qaz xəttinin mühafizə zonasında tikilən obyektlərlə bağlı tədbirlər görür - VİDEO

11:49 10.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində aparılan monitorinq zamanı ərazidən keçən diametri 200 və 500mm olan qaz xəttinin mühafizə zonası gözlənilmədən bilavasitə yaxınlığında – 1-6 metrliyində tikintisi başa çatdırılmış fərdi yaşayış evləri, həmçinin inşası davam edən tikililər aşkar olunub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, qeyd olunan ünvandakı tikinti işləri müvafiq icazəverici sənədlər olmadan kobud pozuntularla, o cümlədən normativ ara məsafələri gözlənilmədən aparılıb.

Aşkar olunmuş faktla bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti üzrə rəsmi müraciətlər ünvanlanıb.