FHN Suqovuşan su anbarını nəzarətə götürüb

11:06 16.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi Suqovuşan su anbarını nəzarətə götürüb.

Hafta.az-ın məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb: "Belə ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir".