Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub

18:00 15.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Barokko musiqi axşamı keçirilib.

Filarmoniyadan hafta.az-a bildirilib ki, tədbirdə çıxış edən Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov musiqisevərləri konsertlə bağlı məlumatlandırıb.

Daha sonra bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Azərbaycan Dövlət Xor Kapellası, konsertmeyster Xurşid Abdullayevanın müşayiəti ilə solistlər Əməkdar artist İlham Nəzərov (kontratenor), beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor) və Nuray İsmayılova (soprano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Avropa bəstəkarlarının əsərləri yer alıb.