Filmdə roluna görə gündə 8 saat üzdü

09:50 23.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Netflix-in yeni bioqrafik filmi “Nyad” həm tənqidçilərdən, həm də tamaşaçılardan müsbət rəylər almağa davam edir.

Hafta.az-ın yazdığına görə, yayım platformasında ən çox izlənilən istehsallardan olan “Nyad”, Kubadan Floridaya köpək balığı qəfəsi olmadan üzən ilk peşəkar qadın üzgüçü Diana Nyadın həyatından bəhs edir.

Cimmi Chin və Elizabet Chai Vasarhelinin birgə rejissorluğu ilə çəkilən film ekranlara çıxdıqdan sonra baş qəhrəmanı Annette Beninq üçün böyük rəylər alır.

65 yaşlı Beninqi Nyadın məşqçisi kimi ikiqat Oskar mükafatlı aktrisa Codi Foster müşayiət edir.

“Hollywood Reporter”in qatıldığı paneldə çıxış edən Nyad Beninqi tərifləyib. Aktyorun dublyordan nadir hallarda istifadə etdiyinə diqqət çəkən Nyad, Beninqin filmdəki üzgüçülüyünün hətta peşəkar üzgüçüləri də heyran etdiyini bildirib.

Özünü roluna həsr edən aktrisanın ifası təriflənsə də, tənqidçilər Beninqin Ən Yaxşı Aktrisa Oskarına namizəd ola biləcəyi ilə razılaşırlar.

Bu mükafat mövsümündə Beninqin Nyad rolunda çıxışının nəzərə alınması lazım olduğu bildirilsə də, bəzi tənqidçilər filmin hekayəsini yarımçıq hesab etdiklərini gizlətmirlər.

Netflix-dən Nyad haqqında rəylər əsasən müsbətdir. Film “Rotten Tomatoes” rəytoplama saytında 100 baldan 85 bal toplayıb.

Nyad hazırda Netflix-də nümayiş etdirilir.

Oxunma sayı 263