Fransa Avropanın ABŞ-dan asılılığına son qoymaq istəyir

15:09 13.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib ki, Avropa Amerika seçkilərinin nəticələrini gözləməmək üçün ABŞ-dan daha çox azad olmağın yollarını axtarmalıdır. Bu barədə hafta.az Parisien qəzetinə istinadən xəbər verir.

“Maraqlı seçkilərdir, lakin bütün nəticələr məlum olmadığından nəticə çıxarmaq hələ tezdir. Sadəcə deyərdim ki, əgər avropalılar hər Amerika seçkisində kənarda olmaq istəmirlərsə, daha çox azadlığa aparan yol tapmalıdırlar, bu da Birləşmiş Ştatlardan daha çox məsafə demək deyil”, - Kolonna bildirib.